Oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti gözlənilir, əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gecəyə doğru isə yağıntıların leysan xarakterli olacağı ehtimal edilir.
Minval · 2026-10-01
Oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti gözlənilir, əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gecəyə doğru isə yağıntıların leysan xarakterli olacağı ehtimal edilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Paytaxtda havanın temperaturu gecə +16…+19°C, gündüz +21…+26°C təşkil edəcək. Azərbaycan bölgələrində bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı rayonlarda güclü leysan, şimşək və dolu düşəcəyi gözlənilir. Yüksək dağlıq rayonlarda qar yağacağı proqnozlaşdırılır. Axşama doğru yağıntının intensivliyi arta bilər.
Gecə və səhər saatlarında ayrı-ayrı yerlərdə duman olacaq, gündüz bəzi rayonlarda qərb küləyi güclənəcək. Bölgələrdə temperatur gecə +14…+18°C, gündüz +23…+27°C, dağlarda gecə +5…+10°C, gündüz +10…+15°C olacaq. Hadisələrin inkişafını Telegram kanalımızda izləyin Minval-LIVE Telegram kanalının…