Cənubi Koreya iki şimali koreyalı hərbi əsirin Seula təhvil verilməsi barədə məlumatın yayılmasına görə Ukraynadan üzrxahlıq alıb, lakin bunu qeyri-kafi hesab edib. Bu barədə oktyabrın 6-da Cənubi Koreyanın xarici işlər naziri Ço Xyon bildirib, deyə Yonhap xəbər verir.
Minval · 2026-10-07
Cənubi Koreya iki şimali koreyalı hərbi əsirin Seula təhvil verilməsi barədə məlumatın yayılması səbəbindən Ukraynadan üzrxahlıq alıb, lakin bunu qeyri-kafi hesab edib. Bu barədə oktyabrın 6-da Cənubi Koreyanın xarici işlər naziri Ço Xyon bildirib, deyə Yonhap xəbər verir.
Onun sözlərinə görə, o, Ukraynanın XİN rəhbəri Andrey Sibiqa ilə daimi əlaqə saxlayır. Ukraynalı nazir üzr istəyib, lakin bu üzrxahlıq "bizim gözlədiyimiz səviyyəyə uyğun gəlməyib". "Biz qətiyyətli tədbirlər görmək niyyətindəyik", - deyə Ço Xyon bildirib.
O vurğulayıb ki, əvvəlcə tərəflər arasında hərbi əsirlər haqqında məlumatın yayılmaması barədə razılaşma mövcud olub. Nazirin sözlərinə görə, bu, hərbçilərin özlərinin və Şimali Koreyada qalan ailələrinin qorunması üçün zəruri idi. Məlumat dərc edildikdən sonra Ukrayna tərəfi məxfilik razılaşmasının mövcud olmadığını bəyan edib. Buna cavab olaraq Seul rəsmi izahat və…