Abşeron Rayon İH başçısı Yeni ilə bahalı hədiyyə hazırlayır

Abşeron Rayon İcra Hakimiyyəti 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbirlərinin təşkili üçün tender elan edib. Satınalmanın ehtimal olunan dəyəri 154 344 manat təşkil edir.

Minval · 2026-10-01

Əsas tədbirin Xırdalandakı restoranlardan birində 200 nəfər üçün (şəhid ailələri və qazilər) keçirilməsi planlaşdırılır. Qeyd olunub ki, onlar soyuq və isti qəlyanaltılar, müxtəlif salatlar, şah plov, quzu ətindən sac, kabab, meyvə, tort və samovar çayı ilə təmin olunacaqlar.

Tədbirin keçirilməsi üçün həmçinin sahəsi azı 15 kv. metr olan LED-ekran, peşəkar səs sistemi və musiqiçi ansamblı tələb olunur. Ayrı bir bəndlə şəhid və qazi ailələrinin uşaqları üçün 200 ədəd Yeni il hədiyyə qutusu nəzərdə tutulub. Hər bir qutu qalın kartondan hazırlanmalı, Yeni il mövzusunda tərtib olunmalı və tərkibində şokolad konfetləri, peçenye, mini-biskvitlər, şokoladlı krakerlər,…