Rusiyada fişəng istehsalı müəssisəsində yanğın: ölənlərin sayı 13-ə çatıb

Rusiyanın Yaroslavl vilayətinin Pereslavl-Zalesski yaxınlığındakı fişəng istehsalı müəssisəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb. Bu barədə TASS-a operativ xidmətlərdən məlumat verilib. Agentliyin həmsöhbəti bildirib: "Yanğın nəticəsində 13 nəfər həlak olub, müəssisədə ümumilikdə 15 nəfər olub".

Minval · 2026-09-28

Pirotexnika istehsalının yerləşdiyi Kubrinsk qəsəbəsi elektrik enerjisiz qalıb. Yanğın nəticəsində fişəng anbarının yaxınlığında yerləşən evlərə ziyan dəyib.

20:36 Rusiyanın Yaroslavl vilayətində fişəng istehsalı müəssisəsində baş verən yanğın nəticəsində beş nəfər ölüb, biri xəsarət alıb, anbarın daha yeddi işçisi ilə əlaqə kəsilib. Bu barədə regional Fövqəladə Hallar Nazirliyi və operativ xidmətlər məlumat yayıb. Yanğın Pereslavl-Zalesski yaxınlığındakı pirotexnika istehsalı ərazisində baş verib. Uçmuş konstruksiyaların təmizlənməsi zamanı xilasedicilər beş nəfərin…