Ronaldu nun Portuqaliya millisini nə üçün tərk etdiyi məlum olub

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu milli komandanın düşərgəsini “xəyanət” hiss etdiyi üçün tərk edib. Bu barədə futbolçunun dostu hesab edilən jurnalist Edu Agirrenin sözlərinə istinadən X sosial şəbəkəsində Madrid Xtra məlumat yayılıb.

Minval · 2026-10-01

"Kriştianu Ronaldu, Portuqaliya Futbol Federasiyasının prezidenti və Jorje Jezuşun görüşündə baş məşqçi Kriştianudan onu 30 dəqiqə ərzində isinmə hərəkətləri etməyə məcbur etdiyi, lakin sonradan ümumiyyətlə meydana buraxmadığı üçün üzr istəyib.

Jezuş təkcə üzr istəməyib, həm də Kriştianuya mətbuat konfransında ictimai şəkildə üzr istəyəcəyinə və səhvə yol verdiyini etiraf edəcəyinə söz verib", - deyə Agirre bildirib. Lakin jurnalistin sözlərinə görə, Jezuş verdiyi sözü tutmayıb: "Mətbuat konfransında həqiqətə uyğun olmayan şeylər söylədi. Məhz bu, Kriştianunu qəzəbləndirdi". "Kriştianu özünü aldadılmış hiss edir. Təsəvvür edin ki,…