Azərbaycanda dövriyyəsi 5 milyon manatdan çox olan onlayn kazino şəbəkəsi ifşa olunub

Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Kibersiznə qarşı Mübarizə İdarəsi qanunsuz onlayn kazinoların təşkilində şübhəli bilinən altı nəfəri saxlayıb. Onların fəaliyyəti ilə bağlı maliyyə əməliyyatlarının ümumi dövriyyəsi 5 milyon manatı ötüb.

Minval · 2026-10-01

DİN-dən verilən məlumata görə, Xaqani Əlizadə, Vüsal Nağıyev, Asim Zeynal, Emin Mahmudov, Sultanəli Bayramov və Tural Kərimli saxlanılıblar. İstintaqın məlumatına görə, şübhəlilər Bakının Yasamal rayonunda mənzil kirayə götürərək, Azərbaycanda qadağan olunmuş chckeeper.

net internet resursu vasitəsilə Tilk007, Rahat001 və Rahat98 adları altında virtual kassa yaradıblar. Müəyyən edilib ki, qanunsuz mərc oyunları və qumar oyunları Jaguar Casino və Rahat Casino profilləri vasitəsilə təşkil olunub. İştirakçıları cəlb etmək və pul vəsaitlərini qəbul etmək üçün WhatsApp və Telegram-dan istifadə olunub. Mənzildə aparılan axtarış zamanı hüquq-mühafizə…