Tacikistanda əsaslı investisiyalarda kəskin artım qeydə alınıb

BAKI, Azərbaycan, 29 sentyabr. 2026-cı ilin iyul ayında Tacikistanda bütün maliyyələşmə mənbələri hesabına həyata keçirilmiş əsaslı investisiyalar təqribən 5,7 milyard somoni (618 milyon ABŞ dolları) təşkil edib ki, bu da 2025-ci ilin iyul ayı ilə müqayisədə 2,4 dəfə çoxdur.

Trend News Agency · 2026-09-29

BAKI, Azərbaycan, 29 sentyabr. 2026-cı ilin iyul ayında Tacikistanda bütün maliyyələşmə mənbələri hesabına həyata keçirilmiş əsaslı investisiyalar təqribən 5,7 milyard somoni (618 milyon ABŞ dolları) təşkil edib ki, bu da 2025-ci ilin iyul ayı ilə müqayisədə 2,4 dəfə çoxdur.

Bu barədə Tacikistan Respublikası Prezidenti yanında Statistika Agentliyi məlumat yayıb. 2026-cı ilin yanvar-iyul ayları əsaslı investisiyalar ümumilikdə təqribən 25,5 milyard somoni (2,8 milyard ABŞ dolları) təşkil edərək 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artıb.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin iyulunda əsaslı investisiyalar 2024-cü ilin iyuluna nisbətən 16,2%, 2025-ci ilin yanvar-iyul aylərində isə illik müqayisədə 20,9% artıb. “Trend”in qiymətləndirmələrinə görə, son rəqəmlər 2026-cı ildə Tacikistanda investisiya fəallığının əhəmiyyətli dərəcədə sürətləndiyini göstərir. İlk yeddi ay…