Voljski şəhərində 18 yaşlı qızın dondurulmuş cəsədi soyuducuda aşkar edilib. Cinayət işi qətl maddəsi ilə başlanıb.
Oxu.az · 2026-09-29
Yeniliklərdən dərhal xəbərdar olun Rusiyanın Voljski şəhərində mənzillərdən birində soyuducuda 18 yaşlı qızın dondurulmuş cəsədi aşkarlanıb. Oxu. Az xəbər verir ki, bu barədə "Lenta. ru"ya Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə idarəsindən məlumat verilib.
Hadisə Kirov küçəsində yerləşən çoxmənzilli binalardan birində baş verib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci ("Qətl") maddəsi ilə cinayət işi başlanıb. Məlumata görə, soyuducuda dondurulmuş halda tapılan 18 yaşlı Volqoqrad vilayəti sakini atası ilə birlikdə yaşayıb.
Onun cəsədinin soyuducuya yerləşdirildiyi müəyyən edilib. Cəsəd mənzilin kommunal borclara görə elektrik enerjisi təchizatının dayandırılmasından sonra yayılan kəskin qoxu nəticəsində aşkar olunub. Qonşuların şikayətindən sonra mənzilin qapısı açılıb. Soyuducunun içərisində həyat əlamətləri olmayan qızın cəsədi aşkarlanıb. İlkin…