“Azərbaycan Hava Yolları” aviaparkını növbətiyeni nəsil “Airbus A321neo” təyyarəsi ilə genişləndirib (FOTO)

BAKI, Azərbaycan, 1 oktyabr. AZCON Holdinqin tərkibinə daxil olan “Azərbaycan Hava Yolları” (AZAL) növbəti yeni nəsil “Airbus A321neo” tipli hava gəmisini qəbul edib və bununla da aviaparkdakı təyyarələrin ümumi sayı 31-ə çatıb.

Trend News Agency · 2026-10-01

BAKI, Azərbaycan, 1 oktyabr. AZCON Holdinqin tərkibinə daxil olan “Azərbaycan Hava Yolları” (AZAL) növbəti yeni nəsil “Airbus A321neo” tipli hava gəmisini qəbul edib və bununla da aviaparkdakı təyyarələrin ümumi sayı 31-ə çatıb. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Ən son gələn hava gəmisi yüksək tələbat olan istiqamətlərdə sərnişin daşımaları tutumunun artırılmasına və əməliyyat səmərəliliyinin yüksəldilməsinə dəstək olacaq.

Bu cür təyyarələrin istismara verilməsinin davam etdirilməsi aviaşirkətə uçuş cədvəlini planlaşdırmaqda və sərnişin tələbatının mövsümi dəyişikliklərinə uyğunlaşmaqda daha çox çeviklik qazandırır. Təyyarə müasir “Airspace” salonu, uçuş zamanı əyləncə sistemi və yüksəksürətli Wi-Fi ilə təchiz olunub. Onun yenilənmiş interyeri, geniş baqaj rəfləri və tənzimlənən işıqlandırması sərnişinlərin rahatlığının artırılması…